Modern.az

Qukasyan, Saakyan və Arutyunyan Qarabağdan qaça biləcək?..

Qukasyan, Saakyan və Arutyunyan Qarabağdan qaça biləcək?..

30 Sentyabr 2023, 08:38

Azərbaycanın Qarabağ bölgəsində özünü buraxdığını elan etmiş xuntanın keçmiş başçıları Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanın Xankəndi və ya Əsgəranda olduğu bildirilir. Amma onların dəqiq yeri barədə məlumat verilmir.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın “Hraparak” nəşri bildirib. Qəzet yazır ki, dünən separatçı generallar Lyova Mnasatkanyan və David Manukyanın həbs xəbəri təsdiqlənəndən sonra Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyan Qarabağdan çıxmağın yollarını arayırlar.

O da qeyd olunur ki, özünü buraxdığını elan etmiş xuntanın sonuncu başçısı Samvel Şahramanyan hazırda keçmiş qondarma rejimin "rəhbərliyinin" təhlükəsiz şəkildə Qarabağı tərk etməsi üçün qarşı tərəflə danışıq aparmağa cəhdlər göstərir. Onun Qarabağdakı Rusiya sülhməramlı kontingentinin rəhbərliyilə əlaqəda olduğu bildirilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat