Modern.az

Şəhidimizin nəşi ailəsinə təhvil verildi 

Şəhidimizin nəşi ailəsinə təhvil verildi 

Aktual

1 Oktyabr 2023, 11:13

Ermənistan ordusunun təxribatı nəticəsində şəhid olan hərbçimiz Orucov Vüsal Xeybalı oğlunun nəşi ailəsinə təhvil verilib.

 

Modern.az xəbər verir ki, şəhidin nəşi onun doğulduğu Qusar rayonunun Suvacal kəndinə gətirilib.

 

Vida mərasimində hərbçimizin yaxınları, rayon icra hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak edirlər. Mərasimdən sonra şəhidimiz kənd məzarlığında dəfn olunacaq.

 

Vüsal Orucov 2005-ci ildə Qusar rayonunun Suvacal kəndində anadan olub. Hərbi xidmətə bu il aprel ayında yollanmışdı.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat