Modern.az

Türkiyə DİN-in binası yaxınlığında terror - Ölən və yaralılar var

Türkiyə DİN-in binası yaxınlığında terror - Ölən və yaralılar var

Aktual

1 Oktyabr 2023, 11:37

Türkiyə Daxili İşlər Nazirliyi Mühafizə Baş İdarəsinə terror hücumu olub.

 

Modern.az xəbər verir ki, bu barədə Türkiyə daxili işlər naziri Ali Yerlikaya bildirib.

 

O qeyd edib ki, yerli vaxtla saat 09:30 radələrində bina girişinə avtomobillə gələn iki terrorçu bombalı hücum həyata keçirib.

 

Terrorçulardan biri özünü partladıb, digər terrorçu isə zərərsizləşdirilib.

 

Açılan atəş nəticəsində 2 polis yüngül xəsarət alıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat