Modern.az

İranda səfirliyimizə hücum edən şəxs EDAM OLUNACAQ

İranda səfirliyimizə hücum edən şəxs EDAM OLUNACAQ

Aktual

2 Oktyabr 2023, 07:54

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın edən şəxs edam cəzasına məhkum edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Televiziyası (AzTV) məlumat yayıb.

 

Bildirilib ki, Yasin Hüseynzadə ilə bağlı hökm İranın Ali Məhkəməsi tərəfindən təsdiqlənib.

  

Qeyd edək ki, yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Yanvarın 29-da səfirliyin əməkdaşları və onların ailə üzvləri - ümumilikdə 53 nəfər Bakıya təxliyə edilib.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat