Modern.az

Bu, Azərbaycana beynəlxalq dəstəyin təzahürüdür - Dövlət başçısı

Bu, Azərbaycana beynəlxalq dəstəyin təzahürüdür - Dövlət başçısı

Aktual

2 Oktyabr 2023, 11:02

Azərbaycan beynəlxalq ictimaiyyətin fəal üzvü kimi müxtəlif siyasi, iqtisadi, regional inkişaf proqramlarında iştirak edir.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev 74-cü Beynəlxalq Astronavtika Konqresinin açılış mərasimindəki çıxışında bildirib.

 

“Dördüncü ildir ki, biz BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatına sədrlik edirik. Bizim bu təşkilata sədrliyimiz yekdil qərarla - 120 ölkənin yekdil qərarı ilə uzadılıb. Bu həqiqətən də Azərbaycanın malik olduğu geniş beynəlxalq dəstəyin təzahürüdür”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat