Modern.az

Pamela Melroyun ADU-nun tələbələri ilə görüşüb - FOTO

Pamela Melroyun ADU-nun tələbələri ilə görüşüb - FOTO

Aktual

2 Oktyabr 2023, 11:28

Sentyabrın 30-da Azərbaycan Dillər Universitetinin (ADU) nəzdində fəaliyyət göstərən Bakı Amerika Mərkəzində keçmiş Hərbi Hava Qüvvələrinin pilotu, astronavt və hazırkı NASA Administratorunun müavini Pamela Melroyun tələbələrlə görüşü keçirilib.

 

Modern.az xəbər verir ki, qonaq görüşdən öncə Bakı Amerika Mərkəzinin Maker Space Mərkəzi ilə yaxından tanış olub. O, Bakı Amerika Mərkəzinin könüllülərinin və Azərbaycan Dillər Universitetinin tələbələrinin uğurlarını dinləyib.

 

Melroy görüşdə öz təcrübələrini paylaşaraq, qadınlar və qızlar üçün STEM təhsilinin əhəmiyyətini qeyd edib və karyera imkanları haqda danışıb.

 

Sonda isə xanım Melroy iştirakçıların suallarını cavablandırıb.

 

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat