Özünü buraxmış qondarma “Dağlıq Qarabağ respublikasının keçmiş rəhbərləri” barədə yeni xəbər yayılıb.
Modern.az saytının məlumatına görə, Qarabağ separatçılarının üç keçmiş başçısı - Arkadi Qukasyan, Bako Saakyan və Arayik Arutyunyanın Ermənistana qaçdığı barədə xəbər hələ ki rəsmən təsdiqlənməyib.
Aravot.am saytının məlumatına görə, separatçılarının üç keçmiş başçısı, habelə sonuncu qondarma “prezident” Samvel Şahramanyan Ermənistana keçməyib, hazırda Qarabağda qalmaqda davam edirlər.
Sayt dünən axşamdan sosial şəbəkələrdə və Teleqram kanallarında danışıqlar nəticəsində “Artsaxın üç keçmiş prezidenti”nin təhlükəsiz şəkildə İrəvana çatdığı barədə məlumatları təkzib edib.
“Gözlənilir ki, bu gün baş tutacaq bir sıra görüşlər və müzakirələr nəticəsində Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyanın taleyi həll olunacaq”, - sayt yazıb.
"Hraparak" nəşri də Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyanın Ermənistana keçdiyi barədə xəbərlərin həqiqətə uyğun olmağını yazıb
Qəzetin məlumatına görə, bu gün Qarabağ ermənilərinin nümayəndələri ilə rəsmi Bakının təmsilçiləri arasında Xankəndidə keçiriləcək görüşdə separatçıların rəhbərlərinin məsələsi müzakirə olunacaq.