Modern.az

380 yeni yoluxma - 11 nəfər öldü

380 yeni yoluxma - 11 nəfər öldü

Aktual

2 Oktyabr 2023, 16:46

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına son 1 həftədə (25.09.2023-01.10.2023) 380 yeni yoluxma faktı qeydə alınıb, 211 nəfər müalicə olunaraq sağalıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 11 nəfər vəfat edib.

 

Azərbaycanda indiyədək ümumilikdə 833 189 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 822 484 nəfər müalicə olunaraq sağalıb, 10 332 nəfər vəfat edib, aktiv xəstə sayı 373 nəfərdir.

 

Ölkədə son həftə ərzində 3 856, hazırkı dövrədək isə 7 688 073 test aparılıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat