Çox yaxın zamanda “Akıncı” pilotsuz uçuş aparatları (PUA) Azərbaycana təhvil veriləcək.
Modern.az xəbər verir ki, bunu "Baykar" şirkətinin texniki direktoru, “Texnofest” İdarə Heyətinin sədri Selçuk Bayraktar oktyabrın 2-də Bakıda jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, azərbaycanlı pilotlar təlimləri uğurla başa vurublar: “Odur ki, biz ən yaxın gələcəkdə “Akıncı” PUA-larını Azərbaycana təhvil verəcəyik”.