Modern.az

Qardaşını öldürən şəxsin məhkəməsi başlayır 

Qardaşını öldürən şəxsin məhkəməsi başlayır 

Aktual

2 Oktyabr 2023, 18:24

Biləsuvar rayonunda qardaşını öldürməkdə təqsirləndirilən şəxs barədə cinayət işi məhkəməyə göndərilib.

 

Bu barədə Modern.az-a rayon prokurorluğundan məlumat verilib.

 

Belə ki, iyunun 17-də Biləsuvar rayon sakini 1984-cü il təvəllüdlü Amil Şirqasımovun qəsdən öldürülməsi faktına görə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı yekunlaşıb.

 

İstintaqla 1987-ci il təvəllüdlü Abuzər Şirqasımovun rayonun Xırmandalı kəndi ərazisində yaşadıqları evdə aralarında yaranmış mübahisə zamanı qardaşı Amil Şirqasımova bıçaqla xəsarətlər yetirərək xüsusi amansızlıqla qəsdən öldürməsinə əsaslı şübhələr müəyyənləşdirilib.

 

Abuzər Şirqasımova Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə yekun ittiham elan edilib və onun barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi baxılması üçün Lənkəran Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat