Modern.az

Nazir İSESCO ölkələrindən olan tələbələrin suallarını cavablandırdı

Nazir İSESCO ölkələrindən olan tələbələrin suallarını cavablandırdı

4 Oktyabr 2023, 08:28

Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (İSESKO) üzv ölkələrdən olan tələbələrlə görüşüb.

 

Modern.az xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında qeyd edib.

 

“Yetmiş dördüncü Beynəlxalq Astronavtika Konqresi çərçivəsində İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatına (İSESKO) üzv ölkələrdən olan 500-dək tələbə ilə ADA Universitetində görüşdük.

 

Gənclərlə İSESKO-nun beynəlxalq "Youth Talks" platforması formatında İslam dövlətlərinin elmin inkişafına verdiyi töhfələr barədə fikir mübadiləsi apardıq, gələcəyin peşələrini müzakirə etdik”, - nazir yazıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat