Modern.az

Xoşbəxt Yusifzadə dəfn edildi - YENİLƏNİB

Xoşbəxt Yusifzadə dəfn edildi - YENİLƏNİB

Aktual

4 Oktyabr 2023, 13:56

SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə dəfn olunub.

 

Modern.az xəbər verir ki, əvvəlcə Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında mərhumla vida mərasimi keçirilib.

 

Vida mərasimində mərhumun ailəsi, yaxınları ilə yanaşı, Baş nazir Əli Əsədov və müavinləri, həmçinin bir sıra dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları və media mənsubları iştirak edib.

 

Vida mərasimindən sonra mərhumun cənazəsi Fəxri xiyabana aparılıb və dəfn olunub.

***

13:32

SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Bağı oğlu Yusifzadə ilə vida mərasimi başa çatıb.

 

Modern.az xəbər verir ki, mərhum dəfn olunmaq üçün Fəxri xiyabana aparılır.

 

***

11:24

SOCAR-ın birinci vitse-prezidenti, neftçi-alim, geoloq, akademik Xoşbəxt Yusifzadə ilə vida mərasimi başlayır.

 

Modern.az xəbər verir ki, mərasim Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binasında keçirilir.

 

Mərasimə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva adından əklil göndərilib.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat