Modern.az

Qanunsuz kömür istehsal edənlər cəzalandırıldı - FOTOLAR

Qanunsuz kömür istehsal edənlər cəzalandırıldı - FOTOLAR

Aktual

4 Oktyabr 2023, 14:12

İsmayıllı rayonu ərazisində vətəndaşların həyətyanı sahələrində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəsmisi Bəhruz Məhəmmədov Modern.az-a bildirib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin İsmayıllı rayonu Qaraqaya kənd sakinləri Qürbət Hacıyev, Ramil Rüstəmov və Elçin Əzizov olduğu müəyyən edilib.

 

“Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbirlər görülüb, kömür quyuları isə ləğv olunub”, o qeyd edib.

 


Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat