Modern.az

"Xiaomi" Rusiyada fəaliyyətini dayandırdı

Aktual

5 Oktyabr 2023, 08:42

Rusiya və Belarusiyadakı "Xiaomi" avadanlığının istifadəçiləri  kütləvi şəkildə "Mi Home" şirkətinin “ağıllı” qadcetlərini idarə etmək üçün proqramın nasazlığından şikayətləniblər.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya KİV-ləri məlumat yayıb. 

 

Məlumata görə,  problemlər  Moskva, Ufa, Minsk, Perm, Luqansk və Sankt-Peterburqdan olan istifadəçilər arasında müşahidə olunub. Nasazlığa görə, həm rəsmi "Mi Home" tətbiqi, həm də onun dəyişdirilmiş versiyaları vasitəsilə cihazlara giriş yoxdur.  

 

Tətbiq "şəbəkə yoxdur" göstərir və cihazları yandırmaqdan imtina edir. İstifadəçi şərhlərinə görə, tətbiqləri yenidən yükləmək və yenidən quraşdırmaq da işləmir.

 

"Xiaomi"nin Rusiya nümayəndəliyi şirkətin serverlərində nasazlıq baş verdiyini təsdiqləyib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat