Modern.az

Vətən müharibəsinin xronikası - 5 oktyabr

Vətən müharibəsinin xronikası - 5 oktyabr

Aktual

5 Oktyabr 2023, 09:20

2020-ci il sentyabrın 27-də Ermənistan silahlı qüvvələrinin cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq Azərbaycan Ordusu sonradan "Dəmir yumruq" adlandırılan əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi təxminən otuzillik işğala son qoyulması və ərazi bütövlüyümüzün bərpası ilə nəticələndi.

 

Modern.az Vətən müharibəsinin xronikasını təqdim edir.

 

- Prezident İlham Əliyev Azərbaycan Ordusunun Cəbrayılın Şıxəli Ağalı, Sarıcalı, Məzrə kəndlərini və müxtəlif istiqamətlərdə bir neçə strateji yüksəkliyi azad ediyini açıqlayıb.

 

- Prezident İlham Əliyev Türkiyənin "TRT Haber" televiziya kanalına müsahibə verib.

 

- Birinci vitse-prezident Mehriban Əliyevan rəsmi "İnstagram" səhifəsində hər kəsi həqiqəti paylaşmağa dəvət edib.

 

- Müdafiə Nazirliyi Azərbaycan ərazisinin Ermənistandan raket atəşinə tutulduğunu açıqlayıb. Cəbrayılda ələ keçirilən düşmən texnikasının görüntüləri.

 

- Baş Prokurorluq erməni təxribatı nəticəsində 24 mülki şəxs həlak olduğunu və 121 nəfər yaralandığını açıqlayıb.

 

- Ermənistan Silahlı Qüvvələri Bərdə, Gəncə, Göygöl və Goranboyu atəşə tutub.

 

- Bərdəyə atılan raket mərmisinin qəlpələrindən 1 nəfər həlak olub, 3 nəfər yaralanıb.

 

- Müdafiə Nazirliyi işğaldan azad edilmiş Talış kəndinin videogörüntüləri yayılıb.

 

- Ermənistanın Azərbaycana qarşı törətdiyi cinayətlərlə bağlı 19 cinayət işi açılıb.

 

- Ermənistan Ağcabədini atəşə tutub yaralananlar olub. Düşmənin 4 "Qrad" yaylım atəşli reaktiv sistemi məhv edilib

Sizə yeni x var
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir