Modern.az

Şolts BMT missiyasının Xankəndiyə səfərini yüksək qiymətləndirdi

Şolts BMT missiyasının Xankəndiyə səfərini yüksək qiymətləndirdi

Aktual

5 Oktyabr 2023, 09:44

Almaniya Kansleri BMT-nin ölkəmizdəki rezident əlaqələndirici missiyasının Azərbaycanın Xankəndi şəhərinə səfərinin müsbət bir addım olduğunu deyərək bunu yüksək qiymətləndirib.

 

Modern.az xəbər verir ki, bu barədə Almaniya Federativ Respublikasının Kansleri Olaf Şolts oktyabrın 4-də Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı zamanı qeyd edib.

 

Olaf Şolts region ölkələrinin ərazi bütövlüyünə və suverenliyinə Almaniyanın dəstəyini ifadə edib. O vurğulayıb ki, ölkəsi Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin rəhbərliyi ilə aparılan Brüssel prosesini dəstəkləyir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir