Xəbər verdiyimiz kimi, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti qondarma “Dağlıq Qarabağ Respublikasının prezidenti” Arayik Harutyunyanın həbsi barədə birgə məlumat yayıb.
Modern.az bildirir ki, birgə məlumatda onun axtarışa verildiyi və bir sıra cinayətlər törətdiyi qeyd olunub.
Cari il oktyabrın 3-də Arayik Harutyunyan Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən Xankəndi şəhərində saxlanılmış, ona Cinayət Məcəlləsinin 100, 116, 117, 120, 214, 214-1, 214-3, 218, 279-cu və digər maddələri ilə ittiham elan edilib.
Qurumlar Arayik Harutyunyanın həbs edilməsi görüntülərini də paylaşıb. Həmin görüntüləri təqdim edirik: