Modern.az

ABB Nərimanovda yeni filial yaratdı

ABB Nərimanovda yeni filial yaratdı

Aktual

5 Oktyabr 2023, 10:46

Müştərilər üçün daha da rahat və əlçatan olmaq üçün ABB həm Bakıda, həm regionlarda xidmət şəbəkəsinin yenilənməsini davam etdirir. Bəzi məkanlarda yeni filiallar yaradılır. Bank Nərimanov metrostansiyası yaxınlığında da yeni filialını yaradıb. ABB-nin “Nəqliyyat” filialının bazasında təşkil edilmiş Nərimanov filialı Bakı şəhəri, Ağa Nemətulla küçəsi 42 ünvanında müştərilərin xidmətindədir. Filial Bankın müasir konseptinə, yeni brend kimliyinə tam uyğun qurulub. Burada müştərilərə ən yüksək səviyyədə xidmət üçün hər cür şərait yaradılıb.

 

Fərdi və korporativ müştərilər Nərimanov filialında kredit, kassa-hesablaşma əməliyyatları, əmanətlər, pul köçürmələri, ödəniş kartlarının sifarişi, nağd valyuta ilə əməliyyatlar və s. bu kimi çeşidli məhsul və xidmətlərdən faydalana bilərlər.

 

ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, //abb-bank.az/   rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycanı təhdid etdi - Rusiya Zəngəzur dəhlizindən pay istəyir