“Sağlam rəqabət ölkəninin azad iqtisadiyyatını təmin edir. Ədalətli rəqabətdən təkcə dövlət və sahibkarlar deyil, istehlakçılar da faydalanır. Çünki bu, məhsulların qiymətlərinin aşağı olmasına şərait yaradır”.
Modern.az xəbər verir ki, bunu Milli Məclisinin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında iqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.
“Bildirim ki, icra etdiyimiz işgüzar mühitdə, xüsusilə vergi və gömrük rejimində, sahibkarlarla ünsiyyətin təbiətində dəyişiklik olmadan bu rəqabət məsələsinin səmərəli və effektiv şəkildə həyata keçirilməsi gözlədiyimiz effekti verməyəcəkdi. Bunun sadə səbəbi var. Rəqabət bərabər şərait deməkdir. Əgər biz bu şəraiti fiskal çərçivədə vergi yükündə əks etdirə bilmiriksə, o zaman müəyyən dövrə qədər rəqabətin başqa hansı fərqli elementlərindən danışmağa dəyər? Uzun müddət məcəllənin qəbul olunması ilə bağlı müəyyən suallar ünvanlanırdı. Düşünürəm ki, buna əsas cavabım olardı”, - deyə o bildirib.