Xocalı qatili Vitali Balasanyanın Qarabağdan Ermənistana keçdiyi haqda yeni məlumat yayılıb.
Modern.az xəbər verir ki, bu iddia ilə Ermənistanın “Pastinfo” nəşri çıxış edib.
Nəşr yazır ki, Balasanyan hazırda İrəvandakı xəstəxanaların birində ürəyində olan problemlərə görə həkim nəzarəti altındadır. Onun yaxın zamanlarda ürək əməliyyatı olacağı qeyd edilib. Qəzet əlavə məlumat verməyib.
Qondarma “Artsaxın təhlükəsizlik şurasının keçmiş katibi”, Xocalı qatili Vitali Balasanyan erməni terrorçular arasında xüsusi qəddarlığı ilə ad çıxarıb.
Vitali Balasanyan Azərbaycan torpaqlarının işğalında iştirak edib. 1999-cu ilin sentyabrından 2005-ci ilə qədər qondarma qurumun “müdafiə nazirinin müavini” olub. O, separatçı qurumun “prezident seçkiləri”ndə də iştirak edib.
Balasanyan “Daşnaksütyun” partiyasının üzvü olub. Həm qondarma “Artsax rejimi”nin, həm də Ermənistanın “xaç qəhrəmanı”dır. Xocalı soyqırımının törədilməsində yaxından iştirak edib.