Modern.az

Əhaliyə hava barədə SMS göndəriləcək

Əhaliyə hava barədə SMS göndəriləcək

Aktual

5 Oktyabr 2023, 16:26

Gələcəkdə əhalinin SMS vasitəsilə atmosfer hadisələri ilə bağlı məlumatlandırması nəzərdə tutulur.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov deyib.

 

N.Mahmudov bildirib ki, son zamanlar Milli Hidrometeorologiya Xidmətində yeni proqram təminatının tətbiqinin həyata keçirilməsinə başlanılıb: "Bu, Situasiya Mərkəzinin fəaliyyəti ilə bağlıdır. Planlaşdırırıq ki, proqram təminatının yekununda yeni mobil aplikasiyaların tətbiqini həyata keçirək. Bundan sonra baş verən atmosfer dəyişikləri ilə bağlı mobil telefonlara, planşetlərə, smartfonlara məlumatların SMS vasitəsilə ötürülməsi mümkün olacaq".

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?