Modern.az

Şəhid Yusif Xəlilov dəfn olundu - FOTOLAR

Şəhid Yusif Xəlilov dəfn olundu - FOTOLAR

Aktual

5 Oktyabr 2023, 17:00

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olan Yusif Məmmədrza oğlu Xəlilov dəfn edilib. Vida mərasimi şəhidin doğulduğu Lənkəranın Viravul kəndində keçirilib.

 

Modern.az xəbər verir ki, müddətdən artıq xidmət edən (MAXE) hərbi qulluqçu, tank komandiri gizir Yusif Xəlilovun cənazəsi doğulduğu Veravul kəndinə gətirilib. Şəhidin doğulduğu evdə onunla vida mərasimi keçirilib. Mərasimdə rayon rəhbərliyi, hüquq-mühafizə orqanlarının, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin, Müdafiə Nazirliyinin əməkdaşları, ictimaiyyət nümayəndələri və şəhidin yaxınları iştirak ediblər.

 

Vuravul kənd qəbiristanlığında keçirilən dəfn mərasimində şəhidlərimizin ruhuna dualar oxunub, xalqımıza və dövlətimizə sülh və əmin-amanlıq arzulanıb, Yusif Xəlilovun məzarına tər güllər düzülüb.

 

Qeyd edək ki, şəhid Yusif Məmmədrza oğlu Xəlilov 1983-cü ildə Lənkəran rayonunun Veravul kəndində doğulub. 18 il Azərbaycan Silahlı Qüvvələrində xidmətdə olub. Bir günlük lokal antiterror tədbirləri zamanı şəhid olan və kimliyi sonradan müəyyənləşdirilən 6 hərbiçidən biridir. Ailəli olub, iki qız övladı var.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?