Dünən İspaniyanın cənubunda yerləşən tarixi Əndəlüs vilayətinin Qranada şəhərində Avropa Siyasi Birliyinin sammiti keçirilib. Sayca üçüncü sammitə 50-yə yaxın ölkə dəvət olunub. Avropa İttifaqına (Aİ) üzv olan 27 dövlətin, Ukrayna, Ermənistan, Moldova, Gürcüstan, Balkan ölkələri daxil olmaqla 20 tərəfdaş və namizəd ölkənin liderləri Avropanın gələcəyini müzakirə etmək üçün Qranadada toplanıb.
Modern.az xəbər verir ki, dəvət olunan liderlər Avropanı daha dayanıqlı, firavan və geostrateji etmək üçün bir araya gəlib.
Azərbaycan Prezidenti İlham Əliyev isə Fransanın təxribatçı mövqeyinə görə sammitdə iştirakdan imtina edib. Məlumata görə, rəsmi Bakı Azərbaycan-Ermənistan-Fransa-Almaniya-Avropa İttifaqı Şurası formatında beştərəfli görüşdə Türkiyənin də iştirak etməsini təklif edib. Rəcəb Tayyib Ərdoğan da sammitdə iştirak etməyib. Mətbuat səfərin ləğv edilməsini onun səhhəti ilə əlaqələndirir.
Sammit çərçivəsində ikitərəfli və çoxtərəfli görüşlər keçirilib.
Sammitdən çəkilən maraqlı fotoları təqdim edirik: