Modern.az

Qazlaşdırılması palanlaşdırılan ərazilərlə bağlı müzakirə

Qazlaşdırılması palanlaşdırılan ərazilərlə bağlı müzakirə

Aktual

6 Oktyabr 2023, 13:18

Bu il üçün nəzərdə tutulan qazlaşdırma işləri çərçivəsində 92 kənd və yeni yaşayış massivində daşıyıcı və paylayıcı küçə xətlərin çəkilməsi qismən başa çatıb.

 

Modern.az xəbər verir ki, bunu SOCAR "Azəriqaz" İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəisi Teymur Cəfərov "Açıq qapı" aksiyası çərçivəsində bildirib.

 

Onun sözlərinə görə, daha 50-ə yaxın kənd və yeni yaşayış massivində qazlaşdırma işlərinə start veriləcək.

 

Teymur Cəfərov onu da əlavə edib ki, hazırda respublika üzrə qazlaşdırma səviyyəsi 96,4% təşkil edir.

 

“Gələn ildə də ölkədə qazlaşma işlərinin davam etdirilməsi nəzərdə tutulub, hazırda növbəti il üçün kapital qoyuluşu proqramı formalaşır”, - şöbə müdiri əlavə edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?