Modern.az

Xankəndidəki poliklinikaya 14 müraciət daxil olub

Xankəndidəki poliklinikaya 14 müraciət daxil olub

Aktual

6 Oktyabr 2023, 18:12

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində fəaliyyət göstərən Xankəndi şəhərindəki poliklinikaya ümumilikdə 14 müraciət daxil olub və onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.

 

Qurumdan Modern.az-a verilən məlumata görə, təcili və təxirəsalınmaz tibbi yardımla bağlı müraciət edən 2 nəfərə çağırış ünvanında ilk yardım göstərilib. Poliklinikaya müraciət edənlərdən 5 nəfəri erməniəsilli olub.

 

Qeyd edək ki, 01.10.2023-cü il tarixindən etibarən Xankəndi şəhərində ambulator poliklinika və tam heyətlə, eləcə də tibbi vasitələrlə təmin olunan 7 ambulans və təcili tibbi yardım briqadası fəaliyyət göstərir. Poliklinikanın fəaliyyəti 7/24 rejimində növbəlilik əsasında təşkil olunub.

 

Poliklinikada 3 ümumi müayinə otağı, kiçik cərrahi əməliyyatlar və sarğı otağı, 1-i yataqbaşı monitor və oksigen balonu ilə təchiz olunmaqla 2 müşahidə və manipulyasiya otağı mövcuddur.

 

Eyni zamanda poliklinikada pasiyentlərə elektrokaardioqramma müayinəsinin aparılmasına da başlanılıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?