Modern.az

Mina təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ 

Mina təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ 

Aktual

6 Oktyabr 2023, 19:55

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) mina təhlükəsi ilə bağlı yenidən vətəndaşlara çağırış edib.

 

Qurumun Mətbuat Xidmətindən Modern.az-a verilən məlumata görə, çağırışda bildirilir ki, 2023-cü il 6 oktyabr tarixində Tərtər rayonunun Çaylı kəndi yaxınlığında minalardan təmizlənməyən ərazidə mina hadisəsi baş verib.

 

İlkin məlumata əsasən, OZM tipli qəlpələnən piyada əleyhinə minanın partlayışı nəticəsində rayonun Həsənqaya kənd sakini 1989-cu il təvəllüdlü Yaquar Əliheydər oğlu Hadıyev həlak olub.

 

Cari ilin 9 mart tarixində Yaquar Hadıyev həmin ərazidə baş verən piyada əleyhinə minanın partlayışı nəticəsində zərərçəkmiş, sol ayağı topuqdan aşağı amputasiya edilmişdir.

 

"Unutmayın, işğaldan azad edilmiş ərazilərdə mina və partlamamış hərbi sursat təhlükəsi hələ də davam etməkdədir", - məlumatda deyilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?