Modern.az

Xəzərdə fırtına olacaq - XƏBƏRDARLIQ

Xəzərdə fırtına olacaq - XƏBƏRDARLIQ

Aktual

7 Oktyabr 2023, 19:11

Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi (GHİM) fırtınalı hava şəraiti ilə ilə bağlı gəmilərə xəbərdarlıq edib.

 

Bu barədə Modern.az-a GHİM-in Mətbuat Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, GHİM-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosundan təhlükəli hidrometeoroloji hadisə haqqında məlumat daxil olub.

 

Məlumata əsasən, oktyabrın 8-i günün ikinci yarısında Xəzər dəniz akvatoriyasında başlayacaq küləyin oktyabrın 10-u səhər saatlarına kimi davam edəcəyi proqnozlaşdırılır.

 

Həmin günlər ərzində Xəzər Dəniz Akvatoriyasında müşahidə ediləcək cənub-qərb küləyi sonrakı günlərdə şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Açıq dənizdə küləyin surəti arabir 33-35 m/s-dək güclənəcəyi gözlənilir.

 

Dalğanın hündürlüyü 2.0-4.0, sonrakı inkişafda isə 4.5-6.5 metrə çatacağı proqnozlaşdırılır.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?