Modern.az

Qurani-Kərimin yandırılmasının qarşısını alacağıq - İsveçli nazir

Qurani-Kərimin yandırılmasının qarşısını alacağıq - İsveçli nazir

Aktual

12 Oktyabr 2023, 17:02

Qurani-Kərim də daxil olmaqla müqəddəs kitabları yandırmaq mənfur hərəkətdir.

 

Modern.az xəbər verir ki, bunun İsveç xarici işlər naziri Tobias Billström deyib.

 

Nazir müsəlmanların müqəddəs kitabına qarşı belə davranışın İsveç hökuməti və xalqının əksəriyyətinin görüşü olmadığını qeyd edib: "Bu məsələləri çox ciddi qəbul edirik. Hər zaman deyirik ki, bu hərəkətləri edənlər müsəlmanlarla, müsəlman olmayanlar arasında ayrılıq yaratmaq istəyirlər. Onların məqsədlərinə çatmasına icazə verməyəcəyik”.

 

O, İsveç polisinin aksiyalara icazə verməsinə şərait yaradan qanunun nizamlanması istiqamətində işlərin başladıldığını bildirib. Billström Qurani-Kərimə qarşı hücumların qarşısının alınmasını planlaşdırdıqlarını söyləyib.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat