Modern.az

Ermənistanın Bişkek görüşündən imtina etməsindən təəssüflənirik

Ermənistanın Bişkek görüşündən imtina etməsindən təəssüflənirik

Aktual

12 Oktyabr 2023, 19:12

Biz Ermənistanın bu gün Qırğızıstan Respublikasında keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistanın liderlərinin və xarici işlər nazirlərinin görüşündən imtina etməsindən təəssüflənirik.

 

Modern.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Beynəlxalq Ədalət Məhkəməsində Ermənistanın Azərbaycana qarşı müraciəti üzrə dinləmələrdə çıxış edərkən bildirib.

 

Elnur Məmmədov qeyd edib ki, tərəflər arasında növbəti görüşün Avropa İttifaqının himayəsi altında bu ayın sonunda Brüsseldə keçirilməsi nəzərdə tutulub.

 

O, görüşdə ölkələrin ərazi bütövlüyü və suverenliyinə qarşılıqlı hörmətin, eyni zamanda, münaqişə başlayandan bəri köçkün düşmüş azərbaycanlılar və ermənilərin qayıdışı şərtlərinin müzakirə ediləcəyini bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat