Modern.az

Bu gün Bişkekdə MDB liderlərinin iclası keçiriləcək

Bu gün Bişkekdə MDB liderlərinin iclası keçiriləcək

13 Oktyabr 2023, 07:53

Bu gün Qırğızıstanın paytaxtı Bişkek şəhərində MDB Dövlət Başçıları Şurasının iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, iclas məhdud tərkibdə - yalnız liderlərin iştirakı ilə, eləcə də geniş tərkibdə - nümayəndə heyətlərinin iştirakı ilə keçiriləcək.

 

Sammitin yekunları üzrə birgə sənədlər paketinin imzalanması planlaşdırılır.

 

Başlamadan əvvəl Qırğızıstan Prezidenti Sadır Japarov (ölkə bu il MDB-yə sədrlik edir) tərəfindən nümayəndə heyətlərinin rəhbərlərinin qarşılanma mərasimi olacaq. Bütün tədbirlər rəsmi qəbulla başa çatacaq.

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat