Modern.az

Azərbaycan və Özbəkistan arasında imzalanan sazişi təsdiqləndi

Azərbaycan və Özbəkistan arasında imzalanan sazişi təsdiqləndi

Aktual

14 Oktyabr 2023, 14:42

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Özbəkistan Respublikasının Yenidənqurma və İnkişaf Fondu arasında Özbəkistan Respublikasının ərazisində məhdud məsuliyyətli cəmiyyət formasında Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş”in təsdiqləyib.

 

Modern.az xəbər verir ki, dövlət başçısı bununla bağlı sərəncam imzalayıb.

 

Sərəncamla, 2023-cü il iyulun 18-də Şuşa şəhərində imzalanmış “Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Özbəkistan Respublikasının Yenidənqurma və İnkişaf Fondu arasında Özbəkistan Respublikasının ərazisində məhdud məsuliyyətli cəmiyyət formasında Azərbaycan–Özbəkistan İnvestisiya Şirkətinin yaradılması haqqında Saziş” təsdiqlənib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya sərhədində 40 min əsgər - Döyüş üçün əmr gözləyir