Modern.az

Xaçaturyanın növbəti məhkəməsi oktyabrın 24-də KEÇİRİLƏCƏK

Xaçaturyanın növbəti məhkəməsi oktyabrın 24-də KEÇİRİLƏCƏK

Aktual

18 Oktyabr 2023, 15:07

Qanunsuz erməni silahlı birləşmələrinin üzvləri tərəfindən 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində soyqırımı törədənlərdən biri - Xaçaturyan Vaqif Çerkezinin cinayət işi üzrə oktyabrın 18-də növbəti məhkəmə iclası keçirilib.

 

Modern.az-ın xəbərinə görə, Yasamal Rayon Məhkəməsinin inzibati binasında Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında Vaqif Xaçaturyanın hüquqlarını Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Radmila Abılova müdafiə edib. Vaqif Xaçaturyan məhkəmə prosesində tərcüməçi ilə təmin olunub.

 

Məhkəmə prosesində zərərçəkmiş şəxslər ifadə verib, V.Xaçaturyanın Meşəlidə və ətraf ərazilərdə öz dəstəsi ilə törətdiyi cinayətlərdən danışıblar. Zərərçəkənlər təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini tələb ediblər.

 

Məhkəmənin növbəti iclası oktyabrın 24-də keçiriləcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə