Modern.az

Ərdoğan Zelenski ilə danışıq apardı

Ərdoğan Zelenski ilə danışıq apardı

Aktual

21 Oktyabr 2023, 17:23

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub
 

Modern.az xəbər verir ki, Türkiyə Prezidentinin mətbuat xidmətinin məlumatına görə, liderlər Rusiya-Ukrayna müharibəsi ilə yanaşı, İsrail və Fələstin arasındakı münaqişə və bölgədəki humanitar böhranı müzakirə ediblər.

Prezident Ərdoğan danışıq zamanı bölgədəki proseslərin, xüsusilə də İsrail-Fələstin münaqişəsinin sülh yolu ilə həllinin mümkün olduğunu və Türkiyənin buna nail olmaq üçün bundan sonra da səylərini əsirgəməyəcəyini vurğulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə