Modern.az

Qızılağac Milli Parkında balıq ovlayan şəxs saxlanıldı

Qızılağac Milli Parkında balıq ovlayan şəxs saxlanıldı

Aktual

24 Oktyabr 2023, 12:20

Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin və Su Nəqliyyatında Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən birgə nəzarət tədbirləri zamanı Qızılağac Milli Parkının Kiçik Qızılağac körfəzi adlanan ərazisində qanunsuz balıq ovlayan şəxs saxlanılıb.

 

Bu barədə Modern.az-a Bioloji Müxtəlifliyin Qorunması Xidmətindən məlumat verilib.

 

Bildirilib ki, sözgedən şəxsdən ondan istifadəsi qadağan olunmuş ov alətləri götürülüb.

 

Faktla bağlı qanun pozucusu barəsində akt, protokol tərtib edilib və qanunamüvafiq tədbir görülüb.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi