Modern.az

Ərzaq inflyasiyası birbaşa aztəminatlı ailələrə təsir edir - Komitə sədri

Ərzaq inflyasiyası birbaşa aztəminatlı ailələrə təsir edir - Komitə sədri

Aktual

6 Noyabr 2023, 13:04

Gələn il inflyasiya 5,3 % nəzərdə tutulur.

 

Modern.az xəbər verir ki, bunu Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsində deyib.

 

O bildirib ki, inflyasiyanın, əsas da ərzaq inflyasiyasının bazara təsirləri barədə düşünmək lazımdır:

 

"Aztəminatlı ailələrin sosial müdafiəsinin güclənməsi üçün tədbirlər görməyə ehtiyac yaranacaq. Sosial ödənişlərin artırılmasında ərzaq inflyasiyası nəzərə alınmalıdır. Ərzaq inflyasiyası birbaşa aztəminatlı ailələrə təsir edir”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə