Modern.az

Azay Quliyev seçicilərilə görüşüb - FOTOLAR

Azay Quliyev seçicilərilə görüşüb - FOTOLAR

7 Noyabr 2023, 17:42

Bu gün deputat Azay Quliyev Süleyman Sani Axundov  küçəsi, 1, 1v, 1b, 1q, 2a, 2q, 3, 3a, 3b, 4a, 5, 5v, 11 və 11a saylı binaların həyətində seçiciləri ilə görüş keçirib.

 

Modern.az xəbər verir ki, qəbulda seçicilər onları narahat edən məsələləri, o cümlədən binaların qazlaşdırılması və istiliklə bağlı problemləri deputatın diqqətinə  çatdırıblar. Görüşdə iştirak edən mərkəzi və yerli icra hakimiyyət orqanlarının nümayəndələri, o cümlədən rayon bələdiyyəsinin rəhbəri seçicilərin qaldırdığı məsələlərin həlli ilə bağlı konkret qərarlar qəbul ediblər.

 

Deputat vətəndaşları narahat edən digər məsələlərin də araşdırılıb həlli ilə bağlı müvafiq addımların atılacağını bildirib.

 

Görüşdə Binəqədi bələdiyyəsinin sədri Mürsəl Eminov iştirak edib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə