Modern.az

Səudiyyə Kralı İlham Əliyevi təbrik etdi

Səudiyyə Kralı İlham Əliyevi təbrik etdi

Aktual

8 Noyabr 2023, 14:56

Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səud Azərbaycan Prezidenti İlham Əliyevə Zəfər Günü və Bayraq Günü münasibətilə təbrik məktubu göndərib.

 

Modern.az xəbər verir ki, Səudiyyə Ərəbistanı Kralı İlham Əliyevə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan hökumətinə və xalqına davamlı tərəqqi və firavanlıq arzulayıb.

 

Vəliəhd şahzadə və Baş nazir Məhəmməd ibn Salman əl-Səud da Zəfər Günü və Bayraq Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubu göndərib. O, İlham Əliyevə möhkəm cansağlığı və xoşbəxtlik, Azərbaycan hökumətinə və xalqına isə davamlı tərəqqi və firavanlıq arzulayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə