Modern.az

Naxçıvanda atəşfəşanlıq - FOTO

Naxçıvanda atəşfəşanlıq - FOTO

Aktual

8 Noyabr 2023, 21:20

Naxçıvan şəhərinin mərkəzi meydanında Zəfər Gününə həsr olunan konsert təşkil edilib.

 

Modern.az xəbər verir ki, konsertdə Naxçıvan Qarnizonu Hərbi Orkestrinin və Naxçıvan Dövlət Filarmoniyasının təqdimatında vətənpərvərlik ruhunda musiqi nömrələri və ifalar səsləndirilib. Gecəyə rəng qatan ifalar muxtar respublika sakinlərində xoş ovqat yaradıb.

 

Sonda Zəfər Günü münasibətilə atəşfəşanlıq olub.

 

Qeyd edək ki, bu gün, həmçinin Naxçıvanda Ulu Öndərin 100 illiyinə və Zəfər Gününə həsr olunan genişmiqyaslı ağacəkmə aksiyası da keçirilib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə