Modern.az

Müasir yollar sosial-iqtisadi inkişafın göstəricisidir

Müasir yollar sosial-iqtisadi inkişafın göstəricisidir

Aktual

13 Noyabr 2023, 14:50

Son illər ölkəmizdə "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurlu icrası sayəsində respublikamızın hər yerində olduğu kimi Naftalanda da genişmiqyaslı quruculuq işləri həyata keçirilir.

 

Həyata keçirilən abadlıq işləri çərçivəsində yol-nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə şəhərin Qasımbəyli kəndində yeni asfalt qatı örtüyünün çəkilməsi işlərinə başlanılmışdır.

 

Şəhər İcra Hakimiyyətinin başçısı küçələrə baxış keçirmiş, iş icraçılarına müvafiq tapşırıq və tövsiyyələrini vermişdir.

 

Aparılan işlər sakinlər tərəfindən böyük rəğbətlə qarşılanır. Sakinlər görülən abadlıq-quruculuq işlərinə görə möhtərəm cənab Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə