Modern.az

Yoluxma sayı artdı - 3 nəfər öldü

Yoluxma sayı artdı - 3 nəfər öldü

Aktual

13 Noyabr 2023, 16:50

Azərbaycanda son 1 həftə ərzində (09-13 oktyabr) koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı açıqlanıb.

 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, həmin müddətdə infeksiyaya 19 yeni yoluxma faktı qeydə alınıb.

 

COVID-19-a yoluxan 27 nəfər sağalıb. Həftə ərzində ölüm sayı 3 nəfərdir.

 

İndiyədək ölkədə ümumilikdə 834 114 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 823 716 nəfər müalicə olunaraq sağalıb, hazırda 37 aktiv xəstə var. Bu günə qədər 10 361 nəfər vəfat edib.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə