Modern.az

Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçirilir

Bakıda Türk Dünyası II Meteorologiya Forumu keçirilir

Aktual

15 Noyabr 2023, 10:16

Bakıda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Türk Dünyası II Meteorologiya Forumu keçirilir.

 

Modern.az xəbər verir ki, forumda türkdilli ölkələrin ətraf mühit və iqlim dəyişmələri nazirləri, hidrometeorologiya xidmətlərinin rəbər şəxsləri, dövlət qurumlarının nümayəndələri və ekspertlər iştirak edir.

 

Forumun keçirilməsində məqsəd iqlim dəyişmələri sahəsində əlaqələndirilmiş fəaliyyətin aparılması, ekstremal hava şəraiti ilə bağlı erkən xəbərdarlıq sisteminin qurulması üzrə təcrübə mübadiləsinin genişləndirilməsidir.

 

Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi çərçivəsində keçirilən forum BMT-nin İnkişaf Proqramının dəstəyi ilə baş tutur.

 

Xatırladaq ki, birinci forum iki il bundan əvvəl Türkiyənin Ankara şəhərində keçirilib.

Sizə yeni x var
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə