Modern.az

Gəncə Dövlət Universitetində təlim keçirilib - FOTO

Gəncə Dövlət Universitetində təlim keçirilib - FOTO

Aktual

17 Noyabr 2023, 09:48

Gəncə Dövlət Universiteti ilə Təhsildə Keyfiyyət Təminatı Agentliyi arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən ali təhsil ocağında akkreditasiya meyarları və qaydalarına dair maarifləndirici təlimə start verilib.

 

“Ali təhsil müəssisəsinin institusional akkreditasiya üzrə qiymətləndirmə meyarları” mövzusunda keçirilən təlimdə  fakültə dekanları, kafedra və şöbə müdirləri iştirak ediblər.

 

Universitetin Tədris məsələləri üzrə prorektoru Şahin Xurşudov çıxış edərək  akkreditasiya prosesinin əhəmiyyətindən və bunun ali təhsil müəssisəsinin inkişafındakı rolundan  bəhs edib.

 

GDU-nun Keyfiyyət Təminatı Mərkəzinin müdiri İsmayıl İsmayılov akkreditasiya meyarlarına uyğun universitetdə görüləcək işlərdən danışıb.

 

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin baş məsləhətçisi, təlimçi Şəlalə Mahmudova  institusional akkreditasiya üzrə qiymətləndirmə meyarları haqqında təqdimatla çıxış edib.

 

Sonda mövzu ilə bağlı suallar ətraflı cavablandırılıb.

 

Qeyd edək ki, noyabr ayının 14-də başlayan təlim 3 gün davam edəcək.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi