Modern.az

Duz gölündən 3 qumbara tapıldı

Duz gölündən 3 qumbara tapıldı

21 Noyabr 2023, 23:44

Polis əməkdaşları Masazırda duz gölünün yaxınlığında 3 ədəd əl qumbarası aşkar edib.

 

Modern.az xəbər verir ki, bu barədə DİN məlumat yayıb.

 

Xəbərə görə, noyabrın 21-də Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının keçiridikləri növbəti tədbir nəticəsində Masazır qəsəbəsi, Duz gölünün yaxınlığında 3 ədəd əl qumbarası alışqanları ilə birlikdə aşkar edilib. Qeyd edilən sursat təhlükəsizlik tədbirləri görülərək həmin ərazidən götürülüb.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Rus donanması Xəzərdə hərəkətə keçdi