Modern.az

Məhəmməd Kekalov da qaçaqmalçılığa görə həbs edildi

Məhəmməd Kekalov da qaçaqmalçılığa görə həbs edildi

23 Noyabr 2023, 19:45

“Abzas Media” saytının direktor müavini Məhəmməd Kekalov həbs edilib.

 

Modern.az xəbər verir ki, bu barədə Xətai Rayon Məhkəməsi qərar qəbul edib.

 

Qərara əsasən, M.Kekalov haqda 3 ay 27 gün müddətinə həbs qətimkan tədbiri seçilib. 

 

Qeyd edək ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.3.2-ci (qaçaqmalçılıq) maddəsi ilə ittiham olunur. İki gün əvvəl eyni ittihamla sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı da həbs edilib.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə