Modern.az

Paşinyan Rusiyaya GEDİR

Paşinyan Rusiyaya GEDİR

Aktual

27 Noyabr 2023, 14:04

Ermənistanın baş naziri Nikol Paşinyan dekabrda MDB ölkələri liderlərinin qeyri-rəsmi görüşündə və Avrasiya İqtisadi İttifaqının (Aİİ) rəsmi iclasında iştirak edəcək.


Modern.az xəbər verir ki, bu barədə “Alpha News”a Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.
 

"Bəli, biz İrəvandan siqnal aldıq ki, baş nazir dekabrın sonunda Sankt-Peterburqa gələrək, MDB başçılarının qeyri-rəsmi görüşündə  və Aİİ-nin rəsmi sammitində iştirak edəcək", - Uşakov bildirib.
 

Bunun dəqiq məlumat olub-olmaması ilə bağlı aydınlaşdırıcı suala Rusiya Federasiyası Prezidentinin köməkçisi belə cavab verib:
 

“İrəvandan aydın siqnal aldıq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə