Modern.az

Minatəmizləmədə siçovullardan istifadə edilir

Minatəmizləmədə siçovullardan istifadə edilir

Aktual

28 Noyabr 2023, 12:46

Minatəmizləmə işlərinə cəlb olunan siçovullar artıq ərazilərdə fəaliyyət göstərir.

 

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov deyib.

 

O bildirib ki, siçovullar hazırda Ağdam rayonunda olan minalı sahələrə cəlb olunub:

 

"Siçovulları mina axtaran itlərlə müqayisə eləsək, üstün cəhətləri də var, itdən zəif cəhətləri də mövcuddur. Onların iş vaxtı itlərin iş vaxtından azdır. Hazırda siçovulların fəaliyyəti effektivdir".

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə