Modern.az

\"Azəriqaz\" rəhbərliyi Zaqatalada vətəndaşlarla görüşəcək

\

1 Dekabr 2023, 14:52

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi rəhbərliyinin Zaqatala rayonunda vətəndaş qəbulu keçiriləcək.

 

Modern.az “Azəriqaz”a istinadən verdiyi məlumata görə, dekabrın 4-də saat 11:00-da Zaqatala Regional qaz istismarı İdarəsinin inzibati binasında (Faiq Əmirov küçəsi, döngə 1, bina 11) baş tutacaq görüş zamanı Zaqatala və Balakən rayonlarının sakinlərinin müraciətləri dinləniləcək.

 

Vətəndaşların diqqətinə çatdırırıq ki, qəbulda ünvanlanan müraciətlər yalnız "Azəriqaz"ın fəaliyyəti ilə bağlı olmalıdır. Qəbula dair əlavə məlumat almaq istəyənlər Zaqatala Regional qaz istismarı İdarəsinə (tel: 024-22-4-02-60; 050-845-94-21) müraciət edə bilərlər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat