Modern.az

Məişət zorakılığı ilə bağlı daxil olan müraciətlər ARTIB

Məişət zorakılığı ilə bağlı daxil olan müraciətlər ARTIB

Aktual

6 Dekabr 2023, 10:40

Aparılan genişmiqyaslı məlumatlandırıcı və maarifləndirici tədbirlər məişət zorakılığı hallarının daha çox aşkar edilməsinə təkan verib.

 

Modern.az xəbər verir ki, bunu “Məişət zorakılığının qarşısının alınması: imkanlar və perspektivlər” mövzusunda beynəlxalq konfransda Ailə Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib.


Onun sözlərinə görə, Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan müraciətlər son dörd ildə 3 dəfə artıb. Belə ki, 2020-ci ildə 178 müraciət olsa da, 2023-ün 11 ayında 550 müraciət daxil olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?