Modern.az

Telefonlarda aşkarlanan boşluq kiberdələduzlara şərait yaradır

Telefonlarda aşkarlanan boşluq kiberdələduzlara şərait yaradır

Aktual

6 Dekabr 2023, 16:43

“Android” əməliyyat sistemində kritik boşluq aşkarlanıb.

 

Modern.az Elektron Təhlükəsizlik Xidmətinə istinadən xəbərinə görə, bu boşluq “Android” əməliyyat sisteminin “callback_thread_event” funksiyasının əməli yaddaşdan düzgün istifadə etməməsinə görə yaranıb.

 

Yaranan boşluq kiberdələduza sistemin üzərində ixtiyari kodu icra etmək və fərdi məlumatları ələ keçirmək imkanını verir.

 

Bu səbəbdən də istifadəçilərə əməliyyat sisteminin ən son versiyasını tətbiq etmək tövsiyə olunur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?