Modern.az

Zəlzələdən sonra qatarların hərəkəti tam bərpa olunub

Zəlzələdən sonra qatarların hərəkəti tam bərpa olunub

Aktual

7 Dekabr 2023, 11:30

Bu gün saat 08:15 radələrində Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra "Azərbaycan Dəmir Yolları " QSC-nin (ADY) ərazisindəki infrastruktur obyektlərinə texniki baxış keçirilib, süni mühəndis qurğularının (körpülər, tunellər və s.) vəziyyəti yoxlanılıb.

 

Modern.az bu barədə ADY-yə istinadən xəbər verir.

 

Məlumata görə, aparılan yoxlamalara əsasən zəlzələ nəticəsində yol infrastrukturuna ciddi ziyan dəymədiyi məlum olub. Yük və sərnişin qatarlarının hərəkəti normal rejim üzrə tam bərpa olunub.

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?